“Real”ın yeni transferini təqdim edəcəyi vaxt bilindi

“Real”ın yeni transferi Luka Yoviçin ictimaiyyətə təqdim olunacağı vaxt məlum olub.

Komanda.az xəbər verir ki, serbiyalı hücumçunun təqdimat mərasimi iyunun 12-də, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Real” Yoviçi Almaniyanın “Ayntraxt” klubundan transfer edib. Serbiya millisinin də şərəfini qoruyan hücumçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Real” Yoviçlə yanaşı, “Çelsi”dən Eden Hazardı da transfer edib. Belçikalı futbolçunun təqdimatının nə vaxt olacağı hələ məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button