Karvalyo məşqçiliyə başladı

“Real”ın və Portuqaliya millisinin sabiq üzvü Rikardo Karvalyo məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, 41 yaşlı sabiq müdafiəçi “Marsel” klubunun baş məşqçisi Andre Villaş-Boaşın məşqçilər korpusunda yer alıb. Bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Portu”, “Çelsi”, “Real”, “Monako” kimi klublarda çıxış edən Karvalyo, 2018-ci ilin yanvarında futbolçu karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button