“Mənim oyunum” təqdim olundu

“Real”ın və Xorvatiya millisinin futbolçusu Luka Modriçin avtobioqrafik kitabının təqdimatı keçirilib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, idman jurnalisti Robert Matteonun həmmüəllifi olduğu kitab “Mənim oyunum” adlanır. Təqdimat mərasimi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilib.

Karyerası ərzində “Dinamo” (Zaqreb), “Tottenhem” kimi klublarda çıxış edən Modriç, 2012-ci ildən “Real”ın şərəfini qoruyur.

34 yaşlı yarımmüdafiəçi 2018-ci ildə “qızıl top” mükafatını qazanıb.