“Real”ın futbolçusunun meneceri saxlanıldı – Korrupsiyaya görə

“Real”ın və Belçika millisinin qapıçısı Tibo Kurtuanın meneceri Kristof Henrotay saxlanılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Henrotay Monako şəhərində korrupsiya və “çirkli pullar”ın yuyulmasında şübhəli şəxs kimi saxlanılıb.

Belçika Federal Prokurorluğu da Henrotayın polis tərəfindən saxlanıldığını və hazırda nəzarətdə olduğunu təsdiqləyib.