“Real”dan tarixi qələbə – 31:0! FOTO

“Real”ın U-9 komandası “Villavarde” klubunu 31:0 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, “kral klubu” rəqibinə hörmət məqsədiylə oyunun nəticəsini rəsmi saytında qeyd etməyib. Lakin “Villavarde” klubu sosial şəbəkə hesabında oyunun nəticəsini paylaşaraq, “Real”ı tənqid edib. Paylaşımda bunlar da qeyd olunub:

“Aşağı yaş qruplarında qeydə alınan belə nəticələrə qəzəbimizi göstərmək istəyirik. Böyük klublar aşağı yaş qruplarında belə nəticələrdən çəkinməlidirlər. Bundan başqa, federasiya da liqaların təşkilini yenidən nərdən keçirməlidir”.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button