“Real”ın sabiq prezidenti Zidanın ayrılma səbəbini açıqladı

“Real”ın keçmiş prezidenti Ramon Kalderon Zinəddin Zidanın “kral klubu”ndan ayrılma səbəbini açıqlayıb.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Kalderon, fransız mütəxəssisin klubdan ayrılığıyla bağlı bunları deyib:

“Zidan Kriştiano Ronaldonun qalmasını, Qaret Beylin isə satılmasını istəyirdi. Rəhbərlik isə bunun tam əksi olan bir qərar qəbul etdi.

Zidan Beylin gedişindən sonra bir neçə futbolçunun transfer edilməsini də istəyirdi. Ancaq istədikləri olmadı və klubdan ayrıldı. Zidanın haqlı olduğu sonradan ortaya çıxdı”.

Zidan 2016-2018-ci illər aralığında “Real”ı çalışdırıb. Fransız mütəxəssis 2018-ci ildə Çempionlar Liqasını qazandıqdan 5 gün sonra vəzifəsindən istefa verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button