“Real”ın futbolçusu mükafatlandırıldı

“Real”ın qapıçısı Tibo Kurtua La Liqada bir mövsümdə keçirdiyi oyun sayına görə ən az qol buraxan qapıçı seçilib.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı qapıçı La Liqada iştirak etdiyi 34 oyunda 20 qol buraxıb. Kurtuaya “Marca” nəşri tərəfindən təsis edilən “Zamora” mükafatı verilib.

Kurtua 2018-ci ilin yayından “Real”da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button