“Real”ın PSJ ilə oyun üçün heyəti açıqlandı

“Real” Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda PSJ ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin sözügedən səfər matçı üçün heyəti açıqlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Real”ın baş məşqçisi Zinəddin Zidan zədəli olan Serxio Ramos və Marselonu PSJ ilə matçın heyətinə daxil etməyib:

Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube;

Müdafiəçilər: Daniel Karvahal, Eder Militao, Rafael Varan, Alvaro Odriosola, Ferlan Mendi, Adrian de la Fuente;

Yarımmüdafiəçilər: Toni Kroos, Xames Rodriqes, Kazemiro;

Hücumçular: Eden Hazard, Kərim Benzema, Qaret Beyl, Lukas Vaskes, Luka Yoviç, Vinisius Junior, Rodriqo.

Sabah keçiriləcək PSJ – “Real” matçı saat 23:00-da start götürəcək.