“Real”ın Mbappeyə təklifi bizdən daha yaxşı idi” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi hücumçu Kilian Mbappenin “Real”a keçiddən niyə imtina etdiyini açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klub rəhbəri, Mbappenin pula görə PSJ-də qalmadığını deyib:

“Real”a böyük hörmətim var, böyük klubdur. Kilian heç vaxt pula görə müqaviləni yeniləməyə qərar vermədi. “Real”ın Mbappeyə təklifi bizdən daha yaxşı idi. O, bizim oyunçumuzdur. Madriddən başqa, onun İngiltərədə də seçimləri var idi, lakin o, PSJ-ni seçdi”.

Mbappe ötən mövsüm PSJ ilə bütün turnirlərdə 46 matçda 39 qol vurub və 26 məhsuldar ötürmə edib. Fransalı hücumçunun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.