Ermənistan millisi üçün Solari iddiası

“Real”ın keçmiş baş məşqçisi Santyaqo Solari Ermənistan millisini çalışdıra bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ermənistan Futbol Federasiyası yığma üçün yerli və xarici baş məşqçilərlə danışıqlar aparır. Santyaqo Solarinin yığmanın baş məşqçi postuna ən əsas seçim olduğu bildirilir.

Ermənistan milli komandasında bir müddət əvvəl Abraham Haşmanyan baş məşqçi postundan ayrılıb.

Solari 2018-ci ilin noyabrından 2019-cu ilin martına qədər “Real”ı çalışdırıb. 43 yaşlı mütəxəssis hazırda “kral klubu”nun səfiridir.