“Real”ın hücumçusu 2 həftə oynamayacaq

Futbol üzrə İspaniya La Liqasının 11-ci turunda “Alaves”lə matçda (1:2) zədələnən “Real”ın hücumçusu Eden Hazardın durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, 29 belçikalı futbolçunun azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hazard “Alaves”lə görüşün 28-ci dəqiqəsində zədələnərək əvəzlənmək məcburiyyətində qalmışdı. Belçika yığmasının üzvü zədə səbəbindən UEFA Çempionlar Liqasının 5-ci turunda “Şaxtyor”la (Donetsk) üçün Ukraynaya da aparılmayıb.

Xatırladaq ki, Eden 2019-cu ildə “Çelsi”dən 115 milyon avroya “Real”a keçib. O, indiyə qədər bu komandanın heyətində cəmi 28 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Madrid klubuna gələndən bəri məhz aldığı zədələrlə gündəmdə olan futbolçu, buna görə 28 həftə yaşıl meydanlardan kənarda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button