“Real”ın futbolçusunun evinə oğrular girdi – “Atletiko” ilə oyun vaxtı

İspaniyanın “Real” klubunun futbolçusu Kazemironun evi qarət olunub.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən, La Liqanın 7-ci turu çərçivəsində keçirilən “Atletiko” – “Real” (0:0) oyunu zamanı baş verib. Qarət zamanı braziliyalı futbolçunun həyat yoldaşı və qızı evdə olsa da, onlar xəsarət almayıblar. Qarət edənlərin kimliyi, evdən nə apardıqları bəlli deyil.

Bu, Madriddə futbolçuların evində edilən ilk qarət deyil. Daha əvvəl “Real”ın futbolçusu İskonun, Kərim Benzemanın, “Atletiko”nun hücumçusu Alvaro Moratanın, eyni zamanda, “Real”ın baş məşqçisi Zinəddin Zidanın da evi naməlum şəxslər tərəfindən qarət olunmuşdu.