“Mükəmməl futbolçu olmaq üçün vaxtım var” – Vinisius

“Real”ın futbolçusu Vinisius Junior açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan braziliyalı hücumçu, təzyiq altında oynamağın onun üçün problem olmadığını deyib:

“Təzyiq altında oynamağı sevirəm. Bu, mənim üçün önəmlidir. Baş məşqçinin məni dəstəkləməsi və mənə inanması vacibdir.

Mükəmməl futbolçu olmaq üçün vaxtım var. Bunun üçün çox çalışıram. Qol vurmağı sevirəm. Qol vurmaq üçün rəqibləri aldatmağa çalışıram və adətən bu məndə yaxşı alınır. Ancaq böyük oyunlarda bunu etmək çətindir”.

Vinisius bu mövsüm “Real”la 11 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.