“Real”ın futbolçusu sıradan çıxdı

İspaniyanın “Real Sosyedad” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumameylli yarımmüdafiəçisi Martin Edeqor sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, sağ dizindəki ağrılardan əziyyətdən çəkdiyi üçün Barselonaya ətraflı tibbi müayinəyə göndərilib. 21 yaşlı norveçli futbolçunun durumuna yaxın günlərdə tam aydınlıq gələcək.

Müqavilə ilə Madrid “Real”ına məxsus olan Edeqor, “Real Sosyedad”a bu mövsümün əvvəlində icarə əsasında qoşulub.