“Fərdi mükafatlar qazanmaq istəsəydim…” – Serxio Ramos

“Real”ın futbolçusu Serxio Ramos FİFA-nın “The Best” mükafatının təqdimatından sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2018/19 mövsümünün rəmzi komandasına seçilən müdafiəçi, fərdi mükafatlar qazanmaq istəmədiyini deyib:

“Futbol dünyasında hücumçular daha çox nəzərə çarpır. Biz müdafiəçilər “qara işlər”i görürük. Fərdi mükafatlar qazanmaq istəsəydim, tennisçi olardım. Ancaq əsas olan, komanda ilə titullar qazanmaqdır.

Ötən il ən yaxşı mövsümümüz olmasa da, “Real”dan bir neçə futbolçunun rəmzi komandada olması xoşdur. “Real”la kubok qazanıb, mükafatlandırma mərasimində olmamağı seçərdim.

Marselo dünyanın ən yaxşı müdafiəçilərindədir. Hamı fikir bildirə bilir, hamını da razı sala bilməzsiz”.

2018/19 mövsümünün rəmzi komandasında “Real”dan Serxio Ramos, Marselo, Luka Modriç və Eden Hazard yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button