“Real”ın futbolçusu sağaldı – “Bunun üçün gözləməyə dəyərdi”

“Real”ın uzun müddətdir zədəli olan futbolçusu Marko Asensio zədəsini sağaldıb.

Komanda.az xəbər verir ki, bu barədə futbolçu klubun televiziyasına açıqlamasında bildirib:

“Özümü yaxşı hiss edirəm, komandaya adaptasiya oluram. Uzun müddət gözləməli oldum. Çox çalışdım və daha vacibi, səbrli oldum. Komanda yoldaşlarımın məşq etdiyini görmək və fizioterapiya otağında olmaq mənim üçün çətin idi. İndi geri qayıtmışam. Bunun üçün gözləməyə dəyərdi.

La Liqanın başlanğıcını və çempionluğu həll edəcək oyunları səbirsizliklə gözləyirik. Bu oyunların vacib olduğunu bilirik. Hər qarşılaşmada əlimizdən gələni etməli və qazanmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button