Varanın transferi rəsmən açıqlanacaq – yaxın zamanda

“Real”ın futbolçusu Rafael Varan karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, fransalı müdafiəçi “Mançester Yunayted” klubu ilə razılaşıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Mançester Yunayted” Varan üçün “Real”la 34 milyon funt-sterlinq qarşılığında razılaşıb.

“Qırmızı şeytanlar” Varanla müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayacaq. 28 yaşlı müdafiəçinin transferi yaxın zamanda rəsmən açıqlanacaq.