“Real”ın futbolçusu rəsmən “Roma”da

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi İspaniyanın “Real” klubunun hücumçusu Borxa Mayoralı heyətinə qatıb.

Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. 23 yaşlı ispan futbolçu Madrid təmsilçisindən 2 illik icarəyə götürülüb və romalılar bunun üçün qarşı tərəfə 2 milyon avro ödəyəcək. Anlaşmaya əsasən “Roma” bir ildən sonra Mayoralı 15 milyon avro, iki ildən sonra isə 20 milyon avro ödəməklə birdəfəlik transfer etmək hüququna malikdir.

İspan futbolçu “Roma”da “21” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Mayoral ötən mövsüm icarə əsasında “Levante”də oynayıb. “Real”ın öz yetirməsi olan futbolçu vaxtilə “Volfsburq”da da oynayıb.