“Real”ın futbolçusu rəsmən “Milan”da

İspaniyanın “Real” klubunun futbolçusu Teo Hernandes yeni mövsümdən karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 21 yaşlı müdafiəçi İtaliyanın “Milan” klubuna transfer olunub. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Transferin detalları tam açıqlanmır. Sadəcə, fransalı futbolçu ilə 5 illik müqavilə imzalandığı bildirilib. İtaliya mətbuatı isə bu transferin “Milan”a 20 milyon avroya başa gəldiyini yazır.

2017-ci ildə “Atletiko”dan “Real”a keçən Teo, son mövsümü icarə əsasında “Real Sosyedad”da keçirib. O, bu komandanın heyətində 28 oyuna çıxıb, 1 qol vurub.