Beyl Premyer Liqa klubu ilə danışıqlar aparır – meneceri açıqladı

“Real”ın futbolçusu Qaret Beylin meneceri Conatan Barnett müştərisinin “Tottenhem”ə mümkün keçidi haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, menecer, Beylin London klubuyla danışıqlar apardığını təsdiqləyib:

“Danışıqlar gedir, amma hələ bitməyib. Artıq danışıqların yekun mərhələsindəyik”.

Beylin “Real”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.