“Real”da Beylin gələcəyi məlum oldu

“Real”ın futbolçusu Qaret Beyl bu yay komandanı tərk etməyəcək.

Komanda.az “The Mirror” nəşrinə istinadən xəbər verir ki, bu barədə 31 yaşlı hücumçunun formasını geyindiyi Uels milli komandasının baş məşqçisi Rayan Giqqz açıqlama deyib. O, Beylin bu yay klubunu dəyişməyəcəyini bildirib.

Son mövsümdə 20 oyunda iştirak edən Beylin “Real”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.