“Real”ın futbolçusu “Milan”da

“Real”ın futbolçusu Brahim Dias karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, “Milan” 21 yaşlı futbolçunu icarəyə götürüb. Məlumata görə, tərəflər bütün məsələlərdə anlaşıb və rəsmi açıqlama tezliklə ediləcək. Dias yaxın günlərdə Milana gedərək, rəsmi müqaviləyə imza atacaq.

Futbolçunun icarə müddətinin nə qədər olduğu bilinmir, lakin müqavilədə geri almaq seçiminin olmadığı bildirilib.

2019-cu ilin yanvarında “Real”a keçən ispaniyalı futbolçunun Madrid klubu ilə müqaviləsi 2025-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button