“Arsenal” üçün Londona gəldi – “Real”ın futbolçusu

“Real”ın futbolçusu Martin Odeqardın “Arsenal”la razılaşdığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, norveçli yarımmüdafiəçi “topçular”a keçidini tamamlamaq üçün Londona gəlib. Bu barədə italyan jurnalist Nikolo Skira “tvitter” hesabında məlumat yayıb.

Odeqard bu gün tibbi müayinədən keçdikdən sonra “Arsenal”la icarə müqaviləsi imzalayacaq. 22 yaşlı futbolçu mövsümün sonunda qədər İngiltərə klubunda çıxış edəcək.