“Real” futbolçusunu “Arsenal”a göndərir

“Real”ın futbolçusu Martin Odeqard karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Komanda.az xəbər verir ki, norveçli yarımmüdafiəçi “Arsenal”a keçəcək. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Xəbərdə, “Real” və “Arsenal”ın Odeqardın keçidiylə bağlı razılığa gəldiyi bildirilib.

Razılaşmaya görə, 22 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Arsenal”da çıxış edəcək.

Odeqard bu mövsüm “Real”da 9 oyuna çıxıb.