“Real”ın futbolçusu: “Çətin olacaq, amma…”

“Real”ın futbolçusu Marselo İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi, “kral klubu”nun yeni transferlərə ehtiyacının olmadığını deyib:

“Hazırda yeni transferə ehtiyacımız yoxdur. Yaxşı heyətimiz var. Çətin olacaq, amma bu mövsüm hər şeyi qazana bilərik.

“Real”a gəldiyimdən bəri bütün titullar üçün yarışmalı olduğumu öyrətdilər. Bu mövsüm La Liqa, Çempionlar Liqası və ölkə kubokunu qazanmaq üçün çalışacağıq”.

“Real” La Liqanın ilk turunda “Selta”nı məğlub edərək (3:1), mövsümə qələbəylə başlayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button