“Real”ın futbolçusu Makqreqoru döyüşə çağırdı

Futbol üzrə İspaniya milli komandasının və “Real”ın müdafiəçisi Serxio Ramos Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqoru döyüşə çağırıb.

Komanda.az xəbər verir ki, futbolçu belə bir çağırışla sosial şəbəkə hesabında çıxış edib.

O, “instagram” hesabında video yerləşdirib. Serxio Ramos videoda fiziki formasını nümayiş etdirib və irlandiyalı döyüşçünün yerişini təqlid edib və “Konor, nə vaxt hazır olacaqsan?” sözlərini yazıb.

Makqreqor da onun bu çağırışını cavabsız qoymayıb. Konor bunları qeyd edib: “Hazır ol, qardaş. Bizi böyük döyüş gözləyir”.

Bir müddət öncə karyerasını bitirdiyini açıqlayan Həbib Nurməhəmmədov da Konorla təkrar döyüşə çıxacağını istisna etməyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button