“Bilirəm, qələbə qazanmalıyıq” – Modriç

“Real”ın futbolçusu Luka Modriç Çempionlar Liqasında “Şaxtyor”a (Ukrayna) qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

Komanda.az xəbər verir ki, “tribuna.com” saytına danışan xorvatiyalı yarımmüdafiəçi, Ukrayna təmsilçisinin bu il gücləndiyini deyib:

“Vacib oyun olacaq. Son görüşlərdə yaxşı çıxış etmirik, yenidən vəziyyəti düzəltməliyik. Həqiqi “Real” kimi meydana çıxmalıyıq.

Bilirəm, qələbə qazanmalıyıq. “Şaxtyor” güclü komandadır. Onlar ötən il bunu bizə sübut etdilər. İndi də formadadırlar və daha gücləniblər. Ən yaxşı oyunumuzu göstərərək, qələbə qazanmağa çalışacağıq”.

Bu gün keçiriləcək “Şaxtyor” – “Real” matçı saat 23:00-da başlayacaq.