“Real”dan ayrılıb, PSJ-yə keçir

“Real”ın futbolçusu Keylor Navas Madrid təmsilçisindən ayrılmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, 32 yaşlı qapıçı az şans qazandığı üçün “Real”dan ayrılmaq niyyətindədir. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Navas ayrılıq qərarını “Real” rəhbərliyinə bildirib.

Kosta-rikalı qapıçının Fransanın PSJ klubuna keçəcəyi gözlənilir.

2014-cü ildən “Real”da çıxış edən Navasın klubla müqaviləsi 2020-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button