“Messiyə qarşı diqqətli olmaq lazımdır” – Benzema

“Real”ın futbolçusu Kərim Benzema İspaniya La Liqasının 30-cu turu çərçivəsində “Barselona”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, fransalı hücumçu, həftəsonu oynanılacaq “el klasiko”da Lionel Messiyə qarşı diqqətli olmalı olduqlarını deyib:

“Barselona” hər zaman topa daha çox sahib olan tərəf olmaq istəyir. Onların yaxşı qapıçısı və Lionel Messisi var. Mark-Andre ter Ştegen və Messi “Barselona” üçün hər şey edirlər. Messiyə qarşı diqqətli olmaq lazımdır. Bəlkə də, hazırda karyeramın ən yaxşı mövsümlərindən birini keçirirən. Hər mövsümə sıfırdan başlayıram və əvvəlkindən daha yaxşı olmaq istəyirəm.

Oyunda əsas məqsədimiz qalib gəlməkdir. Qarşımızda hələ çox oyun var. Çempionatın taleyi sonda bilinəcək”.

Sabah keçiriləcək “Real” – “Barselona” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button