Benzema La Liqanın tarixinə düşdü

“Real”ın futbolçusu Kərim Benzema İspaniya La Liqasının tarixinə düşüb.

Komanda.az xəbər verir ki, çempionatın 4-cü turunda “Selta”ya qarşı keçirilən matçda (5:2) het-trik edən fransalı hücumçu, La Liqada ən çox qol vuran futbolçuların siyahısında 10-cu olub.

Hesabında 197 qol olan Benzema, daha əvvəl 195 qol vuran və 10-cu sırada yer alan “Valensiya”nın sabiq oyunçusu Edmundo Suaresi geridə qoyub.

La Liqa tarixinin bombardiri hazırda Fransanın PSJ klubunda çıxış edən Lionel Messidir. Argentinalı oyunçu “Barselona” ilə La Liqada 474 qol vurub.