Benzema hansı hədəfinə çatıb?

“Real”ın futbolçusu Kərim Benzema açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan fransalı hücumçu, “qızıl top”a namizədlər sırasında olmasıyla bağlı bunları deyib:

“Qızıl top”a namizədlər arasında olmağım çox gözəldir. Uşaqlıqdan bəri xəyalım bu idi, amma artıq bir çox hədəfimə çatmışam. Məsələn, “Real”da oynayıram, Çempionlar Liqasını qazanmışam.

Əsas hədəf olaraq “qızıl top”u düşünsəz, vaxtınızı boşa sərf etmiş olacaqsız. Ən önəmli olan meydançada etdiklərinlə uğur qazanmaqdır. “Qızıl top” həm fərdi, həm də birlikdə qazanılan mükafatdır. Bunu əldə etsəz, millidəki və klubdakı komanda yoldaşlarınızın köməyi ilə qazanmış olacaqsız”.