Ramosa görə “Real”dan ayrılmaq istəyir

“Real”ın futbolçusu İsko klubdan ayrılmaq niyyətindədir.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, ispan futbolçu bu barədə “kral klubu”nun rəhbərliyinə bildirib və transferə çıxarılmasını istəyir.

İsko bir müddət əvvəl komandanın kapitanı Serxio Ramosla mübahisə edib. O, az şans qazanmasının səbəbinin də bu məsələ ilə bağlı olduğunu düşünür.

İsko ilə İngiltərənin “Çelsi” və “Arsenal” klubları yaxından maraqlanır. 2013-cü ildən “Real”da çıxış edən yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bu mövsüm La Liqada 13 oyuna çıxan İsko, qol vura bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button