“Yuventus” və “Milan” “Real”ın futbolçusunu istəyir

“Real”ın futbolçusu İsko karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə “Yuventus” və “Milan” maraqlanır. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Xəbərdə, İtaliya klublarının qış transfer pəncərəsi dövründə İskonu transfer etmək üçün rəsmi danışıqlara başlayacaqları bildirilib.

“Real” yeni transferlərə pul toplamaq üçün İskonu satmağa hazırdır.

Madrid klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan İsko, bu mövsüm La Liqada 9 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button