“Real”ın futbolçusu digər La Liqa klubunda

Madrid “Real”ı yeni transferi Takefusa Kubonu icarəyə verib.

Komanda.az xəbər verir ki, gənc futbolçu “Malyorka”ya keçib. Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.

Yaponiya millisinin üzvü qarşıdakı mövsümü icarə əsasında La Liqanın digər təmsilçisində keçirəcək.

Qeyd edək ki, Kubo “Real”a yayda “Tokio”dan transfer edilib.