“Nə milli komanda, nə də “Real” belə şeyin olmasını istəyərdi” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya milli komandasının düşərgəsində zədələnən Serxio Ramosla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan fransalı mütəxəssis, kapitanın zədələnməsi haqda bunları deyib:

“Ramosun zədələnməsində günahkar yoxdur. Nə milli komanda, nə də “Real” belə şeyin olmasını istəyərdi. Zədələr futbolun sevmədiyimiz tərəfidir. Ancaq indi bu vəziyyəti qəbul etməliyik. Ramosun qısa müddətdə sağalmasını istəyirik. O, bizim üçün vacib oyunçu və kapitandır”.

Ramos zədə səbəbindən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button