“İnsanlar Beylin gedişində məni günahlandırsa da…” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan icarə əsasında “Tottenhem”ə keçən Qaret Beyl haqda danışıb.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə açıqlama verən fransız mütəxəssis, uelsli futbolçunun keçidini belə şərh edib:

“İnsanlar Beylin gedişində məni günahlandırsa da, bu, məni əsəbiləşdirmir. Çünki deyilənlər doğru deyil. Mənim Beyllə heç bir problemim olmayıb. Heç kim onun “Real” üçün etdiklərini kiçiltməyəcək.

Qaret üçün ən yaxşısını arzu edirəm. Onunla danışmamışam. Beyl “Real”da əlindən gələni etdi, kubok qazandı, finallar oynadı. Ötən mövsümdə də “Real”da qaldısa da, deməli, bir səbəbi var idi.

Beylin gedişi ilə üzərimdən yük götürüldümü? Xeyr, çünki o, mənə yük olmayıb. Onunla aramda heç bir problem olmayıb. Sadəcə, müxtəlif səbəblərə görə az oynadı”.

“Real” Beyli “Tottenhem”ə bir illik icarəyə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button