Zidandan Mahrezlə bağlı açıqlama

“Real”ın baş məşqçisi Zinəddin Zidan “Mançester Siti”nin futbolçusu Riyad Mahrezi transfer edəcəkləri iddiaları haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, əlcəzairli yarımmüdafiəçi ilə bağlı bunları deyib:

“Mahrez güclü futbolçudur, öz sürəti ilə rəbiqlərinə problem yaradır. Ancaq o, mənim deyil, “Mançester Siti”nin futbolçusudur”.

Mahrezin “Mançester Siti” ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.