Zidan: “Derbinin nəticəsi ədalətli oldu”

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 26-cı turunda “Atletiko”ya qarşı keçirdikləri səfər matçından sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan fransalı mütəxəssis, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

“İlk hissə “Atletiko”nun, ikinci hissə isə bizim üstünlüyümüzlə keçdi. Derbinin nəticəsi ədalətli oldu. Son dəqiqələrdə şansımız var idi, qələbə qazana bilərdik. İkinci hissədə oyunu dəyişməyi bacardıq. Çempionluq uğrunda mübarizəmizi davam etdiririk”.

La Liqada “Atletiko” 59 xalla lider, “Real” isə 54 xalla üçüncü sıradadır.