“Xal itirdik deyə, başımızı aşağı əyə bilmərik” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 25-ci turunda “Levante”yə uduzduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan fransız mütəxəssis 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Məni narahat edən heç nə yoxdur. Bu futboldur və belə şeylər olur. Bu mövsüm çox yaxşı oyunlarımız olub. İndi arıdıcıl 2 oyunda xal itirdik deyə, başımızı aşağı əyə bilmərik. Hücumlarımız çox oldu, ancaq qol vura bilmədik. Məğlubiyyət bizi qıcıqlandırır”.