Zidan “Selta” üzərində qələbəni şərh etdi

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 17-ci turu çərçivəsində “Selta”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütrəxəssis, 2:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Oyun ərzində bütün nəzarət bizdə idi. Hücumda da, müdafiədə də yaxşı oynadıq. Futbolçularım bütün tapşırıqları düzgün yerinə yetirdilər.

Kərim Benzemanı əvəzləməyim onun yorulması ilə bağlı deyildi. Sadəcə, digər oyunçulara da şans vermək istəyirdim. Düzgün addımlar atırıq və bu ruhla da davam etməliyik”.