“Çempionlar Liqasının qalibi olmaq asan deyil” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasında PSJ ilə qarşılaşacaqları oyundan əvvəl açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, Eden Hazardın PSJ ilə oyunda iştirak edə biləcəyini deyib:

“Düşünürəm ki, Hazard oynamağa hazırdır. Komandayla daha çox məşq etməyə başlayıb. Hazardın “Real”ın əsas oyunçularından birinə çevriləcəyini düşünürəm və oyunların taleyini həll edəcək.

PSJ-də hazırda nəyin əskik olduğunu bilmirəm. Onlar daim inkişaf edən böyük komandadır. Ancaq Çempionlar Liqasının qalibi olmaq asan deyil”.

PSJ – “Real” matçı bu gün, saat 23:00-da stat götürəcək.