Zidandan “Barselona” ilə bağlı açıqlama

“Real”ın baş məşqçisi Zinəddin Zidan “Barselona” klubu haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan fransız mütəxəssis, Kataloniya təmsilçisindəki hazırkı durumu belə şərh edib:

“Hazırda “Barselona”da nə baş verdiyini bilmirəm. Hər bir komandanın öz çətinlikləri olur. Ancaq buna baxmayaraq, “Barselona”nın bu mövsümdə də bütün titullar üçün mübarizə aparacağına şübhə etmirəm”.

“Barselona”da klub rəhbərliyi ilə futbolçular arasında münasibətlərin yaxşı olmadığı iddia olunur. Kataloniya təmsilçisi Nelson Semedo, İvan Rakitiç, Luis Suares kimi futbolçuları satıb.