“Geriyə baxmağın mənası yoxdur” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan fransalı mütəxəssis, günü-gündən daha yaxşı olacaqlarını deyib:

“Real” ən vacib məqamlarda necə qazanmaq lazım olduğunu bilir. Mövsüm ərzində bizi çətinliklərin gözlədiyini bilirik. Qarşıda hələ oyunlarımız çoxdur. Günü-gündən daha da yaxşılaşırıq. Geriyə baxmağın mənası yoxdur, bütün diqqətimiz qarşıdadır.

Keçmişdə baş verən uğursuzluqlara görə nəsə edə bilmərik. Bir çox zədəli futbolçumuz artıq sağalma prosesindədir. Mənim üçün vacib olan futbolçuların sədaqətidir”.