Vinisius “Real”dan ayrılacaq? – Açıqlama

“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Vinisius Juniorun gələcəyi haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan fransız mütəxəssis, Vinisiusun komandadan ayrılmayacağını deyib:

“Vinisius yanvarda komandadan ayrılmayacaq. Hazırda heyətimizdə 26 oyunçumuz var və Vinisiusun az oynadığını bilirəm. Hazırda onun vaxtı deyil, ancaq hər şey tez dəyişə bilər”.

“Real”la 2025-ci ilin yayına qədər müqaviləsi olan 19 yaşlı hücumçu bu mövsüm 11 oyuna çıxıb.