PSJ-nin Ramosa etdiyi təklifin detalları məlum oldu

PSJ-nin “Real”ın futbolçusu Serxio Ramosu heyətinə qatmaq istədiyini xəbər vermişdik.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubunun ispan müdafiəçiyə göndərdiyi təklifin detalları bəlli olub. Məlumata görə, PSJ Ramosa üç illik müqavilə təklif edib. Futbolçu bu təklifi qəbul etsə, hər mövsüm üçün 15 milyon avro qazanacaq.

34 yaşlı futbolçunun “Real”la müqaviləsi cari mövsümün sonunda başa çatır. Klub ona iki illik müqavilə təklif etsə də, Ramos bu şərtlərlə razı deyil.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button