“Real”ın 3 futbolçusu PSJ-nin hədəfində

Fransa Liqa 1-in son çempionu PSJ “Real”ın üç futbolçusunu heyətinə qatmaq üçün hərəkətə keçir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi, “kral klubu”nun futbolçuları Qaret Beyl, İsko və Toni Kroosu heyətinə qatmağı planlaşdırır. Klub rəhbərliyinin komandada böyük dəyişiklik etmək istədiyi və ilk hədəf olaraq bu futbolçuları transfer etmək istədiyi deyilir.

PSJ-nin bu transferlər üçün ümumilikdə 210 milyon avro ödəməli olduğu və “kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın sərfəli təklif olacağı halda, hər üç futbolçunun gedişinə razı olacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button