“Real”ın 2 futbolçusu ilə bağlı müəmmalı durum

“Real”ın yarımmüdafiəçiləri Marko Asensio və Dani Sebalyos klubdan müqavilənin uzadılması ilə bağlı heç bir təklif almayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, hər iki futbolçu İspaniya millisinin DÇ-2022 üçün heyətinə düşməyi hədəflədiyi üçün müntəzəm oynamaq istəyir.

Asensio və Sebalyosun agentləri onlar üçün yeni karyera variantları axtarır. Eyni zamanda, “Real” yarımmüdafiəçilərin təkliflərini dinləməyə hazırdır, lakin onların istədikləri məbləği verə bilmir. Madrid klubu futbolçuların müqavilələrini uzatmağın asan olmayacağını anlayır.

26 yaşlı Asensio və 25 yaşlı Sebalyosun “kral klubu” ilə müqaviləsi 2023-cü il iyunun 30-na kimi hesablanıb.

Bizi Telegramda izləyin