“Real”dan növbəti transfer: İlkin razılıq əldə olundu

PSJ-nin futbolçusu Adrien Rabiot karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, fransız yarımmüdafiəçi mövsümün sonunda “Real”a keçəcək. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb. Tərəflərin ilkin razılıq əldə etdiyi bildirilir.

Rabiotun PSJ ilə müqaviləsinin müddəti mövsümün sonunda bitir. O, “kral klubu”na azad agent kimi keçəcək.

Rabiotla “Barselona”, “Liverpul” və “Arsenal” yaxından maraqlanırdı.

“Real” bir müddət əvvəl “Portu”dan Dieqo Militaonu transfer etdiyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button