“Real”ın “qara siyahı”sındakı 5 futbolçu

İspaniyanın “Real” klubu yay transfer pəncərəsi dövründə 5 futbolçusu ilə yollarını ayıracaq.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” koronavirus pandemiyasının təsirini azaltmaq üçün bu addımı atacaq. Madrid təmsilçisi az şans qazanan 5 futbolçunu – Xames Rodriqes, Qaret Beyl, Mariano Dias, Brahim Dias və gənc futbolçusu Renyeri satmağı hədəfləyir.

Luka Modriç və Marselo isə komandadakı gələcəkləri ilə bağlı son qərarı verməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button