Serxio Ramos İngiltərə yolunda

“Real”dan ayrıldığını açıqlayan Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə “Mançester Siti” yaxından maraqlanır. Bu barədə AS nəşri məlumat yayıb.

Ramosu “şəhərlilər”lə yanaşı, “Mançester Yunayted” və Fransadan PSJ transfer etmək istəyir. Lakin ispan futbolçu üçün mübarizədə “Mançester Siti” bir addım öndədir.

Ramos yeni klubu ilə illik 12 milyon avro qazanacağı iki illik müqavilə imzalamaq niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button